VİDEO
Tanınmış idmançılardan “Qarabağ”a dəstək

Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə ölkə çempionu “Qarabağ” klubuna “Uğurlar, “QARABAĞ” adlı dəstək videosu hazırlanıb.

Allsport.az saytı xəbər verir ki, ATV-nin tanınmış jurnalisti Sənan Şəfizadənin təşəbbüsü ilə hazırlanan görüntüdə olimpiya və 3-qat Avropa çempionu Namiq Abdullayev, olimpiya və qitə çempionu Toğrul Əsgərov, 5-qat dünya və 10-qat Avropa çempionu Rafael Ağayev, 2-qat paralimpiya, 6-qat Avropa və 2-qat dünya çempionu İlham Zəkiyev çəkilib.

İdmançılar “Qarabağ” klubuna Avropa liqasının 5-ci turunda Çex Respublikasında keçiriləcək “Slovan”la oyunda uğurlar arzulayıb, onları turnirin pley-off mərhələsində görmək istədiklərini bildirib.

Həmin kateqoriyadan