“Traktorsazi”dən mövsümün 6-cı qələbəsi

İran çempionatında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbrizlilər səfərdə “Naft Tehran”la qarşılaşıblar. Qarşılaşma “traktorçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran “Traktorsazi” 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, bu tur Güney Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan”, eləcə də Təbrizin digər təmsilçisi “Göstəriş” oxşar hesablı məğlubiyyətlə üzləşib – 0:1. “Göstəriş” 16 klub arasında 21 xalla 10-cu, “Malavan” isə 17 xalla 12-cidir.

Həmin kateqoriyadan