U-19 paytaxtda toplaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komandamız avqustun 14-dən 22-ə qədər paytaxtda hazırlaşacaq. Toplanışa 24 futbolçu çağırılıb. Onlardan üçü ölkə xaricində çıxış edən oyunçulardır. Mətin Gülər və Hüseyn Səylığlı əvvəllər də millilərimizə dəvət alıbsa, Almaniyada çıxış edən Nicat Əliyev ilk dəfə heyətə cəlb olunub:

Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı – “Qəbələ”), Nicat Süleymanov (“Qarabağ”), Yusif Cəfərov (“Kəpəz”), Fuad Bayramov (AzAL), İsmayıl İbrahimli, Emin Quliyev (MOİK), Qara Qarayev (“İnter”), Tural Bayramlı, Aqşin Şahmalıyev, Əli Əliyev (“Sumqayıt”), Kamran İbrahimov, Anton Krivotsyuk, Pilağa Mehdiyev, Ərziman Rizvanov (“Neftçi”), Rubin Seydiyev (klubsuz), Mətin Gülər, Hüseyn Səylığlı (“Beşikdaş”, Türkiyə), Nicat Əliyev (“Hildeşeym”, Almaniya).

Həmin kateqoriyadan