Emin Mahmudov: Meydana məğlub düşüncələrlə çıxmaqdansa, çıxmamaq yaxşıdır

“Neftçi”nin yeni transferi Emin Mahmudov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi klub televiziyasına bunu deyib:

“Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki, komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdır. Abu-hava gözəldir: hamı yaxşı olmasını arzulayır. “Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq.

Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram.

Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncələrlə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdır”.

Həmin kateqoriyadan