“Uypeşt”in baş məşqçisi: “Neftçi”nin cinah oyunçularını dəyişməsi bizə açılmaqda kömək etdi

Macarıstanın “Uypeşt” klubu Avropa liqasının 1-ci ələməsinin cavab oyununda uğurlu nəticə qazanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Neboyşa Vinteyiç “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Etiraf edim ki, fantastik oyun və nəticənin şahidi olduq. Kim düşünürsə ki, asan qələbə qazandıq, səhvə yol verir. “Neftçi” əvvəlki taktikasını dəyişmişdi. Cinah oyunçularını dəyişmələri bizə açılmaqda kömək etdi. “Neftçi” güclü komandadır. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu.
Mənim üçün həlledici məqam 3-cü qol oldu. Bundan sonra rəqib motivasiyasını itirdi və biz qələbəyə nail olduq. İlk görüşdən sonra narazı qalanlar bugünkü nəticədən sonra bizi bağışlaya bilərlər. Ümid edirəm ki, “Sevilya” ilə oyunumuza daha çox tamaşaçı gələr.

Həmin kateqoriyadan