Vəli Qasımov: “Bizimkilər sanki nədənsə qorxurdular”

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Norveç komandasına qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, mütəxəssis, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

“Düzünü desəm, komandamızın oyunu xoşuma gəldi. Bu Norveçi məğlub etmək olardı. Elə də güclü komanda deyildi. Amma bizimkilər sanki nədənsə qorxurdular. Elə bil səfərdə çıxış edirdilər. Heç bir pressinq, düşünülmüş hücum yox idi. Rəqib qapısı qarşısında demək olar ki, heç nə yarada bilmədik.

Topa sahib olmada üstünlük var idi, amma hücumları məntiqi sonluqla başa çatdırmaq da lazım idi. Bir oyunluq məşqçi komandaya təsir edir. Rəqibə gəlincə, onlar yenə qol vura bilərdilər. Hər halda layiqli qələbə qazandılar”.

Həmin kateqoriyadan