“Zirə” Moldova millisinin üzvü ilə müqavilə bağlayıb

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.

28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. O, ölkəsinin “Milsami” klubundan transfer edilib.

2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

Həmin kateqoriyadan