“Zirə”də azarkeşlərlə görüş

“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov və icraçı direktor Cahangir Məmmədov azarkeşlərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis fanatlara komandaya göstərdikləri dəstək üçün təşşəkkür edib və “Qarabağ”la çətin qarşılaşmada da onlardan bunu gözlədiyini deyib.

Azarkeşlər də komandanın göstərdiyi nəticələrin onları sevindirdiyini dilə gətirməklə yanaşı, qarşıdakı çətin qarşılaşmada da dəstəylərini əsirgəməyəcəklərini bildiriblər. Zirə İdman Kompleksində baş tutan ənənəvi görüşdə həmçinin, Ayxan Abbasov azarkeşləri maraqlandıran sualları cavablayıb.

Həmin kateqoriyadan