“Zirə”nin yeni baş məşqçisi

“Zirə”nin yeni baş məşqçisi məlum olub.

Allsport.az xəbər verir ki, komandanı Zaur Həşimov çalışdıracaq. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. O bu vəzifədə dünən istefaya göndərilən Samir Abbasovu əvəzləyib.

Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, o, 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb. Bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.

Həmin kateqoriyadan