- Baxış sayı: 50
- 09 Oktyabr 2026 23:56
- Baxış sayı: 260
- Oktyabr 08, 2026
- 0

“Neftçi” premyer liqanın VII turunda öz meydanında “Sabah”la 0:0 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Vernidub bunu deyib:
“Həm “Neftçi”nin, həm də “Sabah”ın göstərdiyi oyun çox xoşuma gəldi. Rəqibimiz ölkə çempionu və Çempionlar Liqasının iştirakçısıdır. Bərabər səviyyəli oyunun şahidi olduq. Bizim təhlükəli epizodlarımız daha çox oldu, amma onlardan istifadə edə bilmədik. Futbolçularıma minnətdaram ki, həm tempi saxladılar, həm də intensivliyi qorudular. Demək olar ki, heç bir mübarizədə uduzmadılar. Yalnız qol vura bilmədiyimizə görə təəssüflənirəm. Bununla belə, 1 xal da bizi qane edir ki, öz oyunumuzu qurub irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, hər iki komandanın heyətində milli düşərgədən qayıdan çox sayda futbolçu var. Bu gün biz 2 xal itirdik, çünki mən həmişə qələbə qazanmaq istəyirəm”.