“Real”ın əfsanəsinin nailiyyətini təkrarlayıb

“Real”ın əfsanəsinin nailiyyətini təkrarlayıb

“Real”ın futbolçusu Vinisius Junior komandanın əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətinə şərik çıxıb.

Allsport.az xəbər verir ki, braziliyalı vinger buna PSV 5:1 hesabı ilə məğlub etdikləri UEFA çempionlar liqasının oyununda fərqlənməklə nail olub.

26 yaşlı hücumçu “Real”ın heyətində çempionlar liqasında vurduğu qolların sayını 35-ə çatdırıb. Bununla da o, Madrid klubunun formasında bu turnirdə eyni sayda qol vuran Ferents Puşkaşın göstəricisini təkrarlayıb.

“Real”ın çempionlar liqasında ən çox qol vuran futbolçuları siyahısına Kriştianu Ronaldu (105 qol) başçılıq edir. Kərim Benzema 78, Raul Qonsales və Alfredo di Stefano isə hərəyə 49 qolla növbəti yerləri bölüşürlər.

2018-ci ildən “Real”da çıxış edən Braziliya millisinin üzvü Madrid klubu ilə indiyədək 14 titul qazanıb.

Həmin kateqoriyadan