- Baxış sayı: 50
- 09 Oktyabr 2026 23:56
- Baxış sayı: 261
- Oktyabr 08, 2026
- 0

Azərbaycan kubokunun I təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.
Allsport.az xəbər verir ki, mərhələ çərçivəsində keçirilən 6 qarşılaşmada ümumilikdə 36 qol vurulub.
Ən məhsuldar oyun “Qaradağ Lökbatan” və “Şəki” arasında baş tutub. Meydan sahiblərinin 12:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə 12 qol qeydə alınıb.
“Ağdaş” – “Hypers” (1:6) matçında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) qarşılaşmasında isə 6 qol vurulub.
“Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) oyununda isə 3 qol qeydə alınıb.
Beləliklə, I təsnifat mərhələsində orta məhsuldarlıq 6,00-a bərabər olub. Bununla da Azərbaycan kuboku tarixinin 29 illik rekordu təkrarlanıb.
Sonuncu dəfə belə göstərici 1997/98 mövsümündə qeydə alınıb. Həmin vaxt 1/16 final mərhələsində baş tutan 19 qarşılaşmada 114 qol vurulub və orta məhsuldarlıq 6,00 olub.