- Baxış sayı: 76
- 20 Sentyabr 2026 22:28
- Baxış sayı: 185
- Sentyabr 17, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu sosial şəbəkə hesabında 5 övladı ilə birlikdə çəkilmiş fotosunu paylaşıb. Allsport.az xəbər verir ki, portuqaliyalı ulduz paylaşımına “Xoşbəxt ata” sözünü yazıb.
Ronaldunun böyük oğlu Kriştianu Junior 2010-cu ildə dünyaya gəlib. 2017-ci ildə surroqat anadan Eva və Mateo adlı əkiz övladları doğulub. Futbolçunun Corcina Rodriqeslə münasibətindən isə Alana Martina və Bella Emeralda adlı iki qızı var.
