Bitərəf mövqeyi ləğv edilib

Bitərəf mövqeyi ləğv edilib

Tatarıstanlı fiqurlu konkisürən Kamilə Vəliyevanın beynəlxalq yarışlarda iştirakı ilə bağlı vəziyyət dəyişib.

Allsport.az xəbər verir ki, avqustun əvvəlində beynəlxalq konkisürmə ittifaqı (İSU) ona fərdi bitərəf idmançı mövqeyini verib.

Lakin bir neçə gün əvvəl qurum ilkin qərarını dəyişərək türk idmançının neytral statusunu ləğv edib.

İSU qərarın səbəbini hələlik açıqlamayıb.

Bu qərar xarici azarkeşlərin sosial şəbəkələrdə reaksiyasına səbəb olub. Bir sıra istifadəçilər Kamilə Vəliyevanın neytral statusunun bərpa edilməsini tələb edib, bəziləri isə onun beynəlxalq yarışlara qayıtmasına imkan yaradılmasını istəyib.

Kamilə Vəliyeva 2022-ci il Pekin qış olimpiadasından sonra dopinq işi ilə bağlı 4 illik diskvalifikasiya cəzası alıb.

Həmin kateqoriyadan