- Baxış sayı: 36
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Hücum xəttində problem yaşayan “Tottenhem” heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, “Qalatasaray”dan ayrılan Mauro İkardi London klubunun gündəmindədir.
Transfer pəncərəsi bağlandığı üçün “Tottenhem” yalnız azad agent statusunda olan futbolçuları heyətinə qata bilər.
33 yaşlı forvardla “Latsio” və “Olimpiakos” da yaxından maraqlanır.
Mauro İkardi 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə “sarı-qırmızılılar”ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.