Müzakirələrə səbəb oldu

Müzakirələrə səbəb oldu

Fiqurlu konkisürmədə postolimpiya mövsümündə ritmik rəqsin mövzusu ilə bağlı yeni qaydalar müzakirələrə səbəb olub.

Allsport.az xəbər verir ki, beynəlxalq konkisürmə ittifaqı (İSU) bu mövsüm ritmik rəqsin mövzusunu “ritm və vals” olaraq müəyyənləşdirib.

Qaydalara əsasən, musiqi valsın istənilən üslubunda ola bilər və kompozisiya 3/4 və ya 6/8 ölçüsündə səslənməlidir.

Lakin mövsümün ilk turnirlərində cütlüklərin böyük əksəriyyəti valsdan istifadə etməyib. Bunun əsas səbəblərindən biri kimi idmançıların klassik üslubda çıxışa hazırlıqsız olması göstərilir.

Mütəxəssislər hesab edirlər ki, yeni yanaşmanın effektivliyi mövsümün əsas yarışlarında hakimlərin vals elementlərini nə dərəcədə ciddi qiymətləndirəcəyindən asılı olacaq.

Həmin kateqoriyadan