“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki

“Barselona”nın qapıçısı Joan Qarsiya zədələnib.

Allsport.az xəbər verir ki, 25 yaşlı qolkiper sentyabrın 16-da La liqanın VI turunda “Rasinq”ə qarşı keçirilən və 7:2 hesabı ilə başa çatan matçın fasiləsində əvəzlənib.

Onun sağ dizində yüngül narahatlıq var və sıraya qayıtması vəziyyətinin dinamikasından asılı olacaq.

“Barselona” 18 xalla La liqanın turnir cədvəlinə başçılıq edir. Komanda sentyabrın 19-da VII tur çərçivəsində səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan