- Baxış sayı: 45
- 19 Oktyabr 2026 12:57
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

“Salavat Yulayev” klubunun kapitanı Qriqori Panin kontinental hokkey liqasında (KHL) 1000-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi bu yubileyə “Admiral”la matçda imza atıb.
Panin KHL tarixində 1000 oyun həddinə çatan altıncı hokkeyçi olub. Buna qədər Vadim Şipaçov (1151), İlya Kablukov (1047), Sergey Plotnikov (1025), Andrey Stas (1019) və Yevgeni Biryukov (1001) bu göstəriciyə nail olublar.
Panin karyerası ərzində “Ak Bars”, MOİK və “Salavat Yulayev” klublarında çıxış edib. “Ak Bars”ın heyətində iki dəfə Qaqarin Kubokunun qalibi olan müdafiəçi Ufа təmsilçisində 10-cu mövsümünü keçirir.
O, yubiley oyunundan əvvəl KHL-də keçirdiyi 999 matçda 45 qol vurub və 141 məhsuldar ötürmə verib.