Karyerasını başa vurdu

Karyerasını başa vurdu

İtaliyalı dağ xizəkçisi Federika Brinyone idmançı karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, 36 yaşlı idmançı buna səbəb kimi ciddi ayaq zədəsindən tam sağalmamasını göstərib.

Brinyone sosial şəbəkə hesabında qərarının çətin olduğunu bildirib:

“İki gün qar üzərində məşq etdikdən sonra anladım ki, ayağım hələ tam bərpa olunmayıb və ağrılar çox güclüdür. Buna görə də idman karyeramı başa vurmaq qərarına gəldim. Bu, çox çətin qərar idi. Yenidən yarışlara qayıtmaq üçün bütün səylərimə baxmayaraq, zədənin ciddiliyi buna imkan vermir”.

O, bununla belə, sevdiyi idman növü ilə vidalaşmaq üçün bir dəfə də start xəttinə çıxmaq istədiyini qeyd edib.

Federika Brinyone 2026-cı il qış olimpiya oyunlarının ikiqat qalibi (super nəhəng slalom və nəhəng slalom), üçqat olimpiya mükafatçısı, ikiqat dünya çempionu və dünya kubokunun ümumi hesabında ikiqat qalibidir. O, dağ xizəyi üzrə dünya kubokunu qazanan ilk italiyalı qadın idmançıdır.

Həmin kateqoriyadan