Xarıbülbül zirvəsində zəfər günü qeyd olunub

Xarıbülbül zirvəsində zəfər günü qeyd olunub

8 noyabr – zəfər günü münasibətilə Quba rayonunda Xarıbülbül zirvəsinə yürüş təşkil olunub.

Allsport.az xəbər verir ki, yürüş dəniz səviyyəsindən 2783 metr yüksəklikdə baş tutub.

Tədbirin məqsədi milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etmək, təbiətlə təması gücləndirmək və dağ turizminə marağı artırmaq olub.

Yürüş iştirakçıları zirvəyə qalxaraq Azərbaycanın üçrəngli dövlət bayrağını ucaldıblar.

Həmin kateqoriyadan