Bunu bacaran ilk oyunçu

Bunu bacaran ilk oyunçu

NHL-də “Florida”nın hücumçusu Bredi Tkaçuk tarixi nailiyyətə imza atıb.

Allsport.az xəbər verir ki, oktyabrın 16-da “Florida” öz meydanında “Vankuver”i əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.

Görüşün qəhrəmanı komandasının bütün qollarını vuran Bredi Tkaçuk olub. O, ardıcıl iki oyunda het-trik edən “Florida” tarixində üçüncü hokkeyçi kimi tarixə düşüb. Buna qədər Noel Akkari (2019-cu ilin dekabrı) və Pavel Bure (2001-ci ilin fevralı) bu uğura imza atmışdılar.

Tkaçuk 2024-cü ilin fevralında Oston Metyusdan sonra NHL-də ardıcıl iki matçda het-trik edən ilk oyunçu olub.

Hücumçu əlavə vaxtda qələbə qolunu vurmaqla da klub tarixinə düşüb. O, “Florida”nın heyətində het-triki qələbə qolu ilə tamamlayan ikinci oyunçu olub. Buna qədər Aleksandr Barkov 2018 və 2022-ci illərdə belə nailiyyətə imza atmışdı.

Bundan başqa, Tkaçuk NHL tarixində ardıcıl iki oyunda “təbii het-trik” edən cəmi üçüncü oyunçu olub. Bu nailiyyətə daha əvvəl yalnız Petri Skriko (1986) və Si Denni (1923) imza atıblar. “Təbii het-trik” oyunçunun üç qol vurması və bu qolların arasında heç bir digər hokkeyçinin fərqlənməməsi deməkdir.

Həmin kateqoriyadan