- Baxış sayı: 66
- 19 Oktyabr 2026 15:35
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

NHL-də çıxış edən “Ottava” klubunun baş məşqçisi Trevis Qrinlə müqavilənin müddəti uzadılıb.
Allsoport.az xəbər verir ki, yeni müqaviləyə əsasən, 53 yaşlı mütəxəssis 2030/31 mövsümünün sonunadək komandanı çalışdıracaq.
Klub, həmçinin məşqçilər korpusunda yer alan Nolan Baumqartner, Ben Sekston, Mayk Yeo və qapıçılar üzrə məşqçi Castin Piterslə də müqavilələri uzadıb.
Trevis Qrin “Ottava” tarixində 14-cü baş məşqçidir. O, 2024-cü ildə bu vəzifəyə təyin olunub.