- Baxış sayı: 142
- 25 Noyabr 2026 23:09
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

Amerikalı hokkeyçi Cef Petri peşəkar karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi NHL-də “Edmonton”, “Monreal”, “Pittsburq”, “Detroyt”, “Florida” və “Minnesota” klublarının formasını geyinib.
O, 2006-cı il draftında “Edmonton” tərəfindən 45-ci sıradan seçilib.
Müdafiəçi NHL-də 16 mövsüm ərzində 1048 matç keçirib və 394 xal (96 qol, 298 məhsuldar ötürmə) toplayıb.