Apellyasiya şikayəti verməyib

Apellyasiya şikayəti verməyib

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva neytral statusunun ləğvi ilə bağlı qərardan idman arbitraj məhkəməsinə (KAS) apellyasiya şikayəti verməyib.

Allsport.az xəbər verir ki, beynəlxalq konkisürmə ittifaqı (İSU) daha əvvəl Vəliyeva ilə yanaşı Mark Kondratyuk, buz üzərində rəqs edən Aleksandra Stepanova və İvan Bukinin fərdi neytral atlet kimi yarışlarda iştirak tələblərinə artıq cavab vermədiyini açıqlayıb.

İdmançıların KAS-a müraciət etmək üçün 21 gün vaxtı olub. Kondratyuk, Stepanova və Bukin İSU-nun qərarından apellyasiya şikayəti veriblər.

Kamilə Vəliyeva antidopinq qaydalarını pozduğuna görə aldığı 4 illik cəzanı başa vurduqdan sonra 2026-cı ilin yanvarında karyerasını bərpa edib.

Həmin kateqoriyadan