- Baxış sayı: 66
- 08 Noyabr 2026 18:41
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

“Ağ Bars” hücumçu Maksim Bıkovla bir illik müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı hokkeyçi daha əvvəl komandanın heyətində sınaq müqaviləsi əsasında çıxış edib.
O, mövsümün əvvəlindən KHL-də “Ağ Bars”ın heyətində 3 matç keçirib.
Hücumçu KHL-də ümumilikdə 40 oyuna çıxıb və 5 (4+1) xal toplayıb.
Bıkov VHL-də “Bars” və “Neftyanik”in formasını geyinib. O, bu liqada 235 matçda 119 (66+53) xal toplayıb.