- Baxış sayı: 49
- 29 Sentyabr 2026 23:43
- Baxış sayı: 124
- Sentyabr 29, 2026
- 0

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan alpinizm federasiyasının yeni prezidenti seçilib.
Allsport.az xəbər verir ki, bu gün Azərbaycan alpinizm federasiyası ictimai birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və idman nazirliyinin inzibati binasında keçirilən yığıncaqda nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
O, 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. M.Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.
İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan alpinizm ederasiyası ictimai birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.
Yığıncaqda çıxış edən A.Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.