“Ana, məndən müsahibə alacaqlar!”

“Ana, məndən müsahibə alacaqlar!”

Rusiyalı fiqurlu konkisürən Darya Sadkovanın anası Anna Voroştsova qızının peşəkar səviyyəyə keçid və ilk böyük yarışlar zamanı yaşadıqlarından danışıb.

Allsport.az xəbər verir ki, o, Daryanın heç vaxt idmanı tərk etmək istəmədiyini bildirib:

“Daşa heç vaxt idmanı atmaq istədiyini deməyib. “İstəmirəm” sözünü ondan eşitməmişik.

İlk dəfə Tverdə keçirilən çempionatda Daşa hələ yarışın səviyyəsini dərk etmirdi. Dəhlizdə Adel Petrosyan və Lyubov Rubtsova ilə qarşılaşdıq. O, onlarla şəkil çəkdirdi, onun üçün bu, maraqlı idi. Qızların artıq ulduz olduqlarını, yaxşı çıxış etdiklərini bilirdi, amma bunun əhəmiyyətli yarış olduğunu anlamırdı.

Rusiya kubokunun ilk mərhələsində isə Daşa artıq məşqçilər heyətini təmsil edirdi. Çıxışından sonra buzdan kənara çıxıb dedi: “Ana, məndən müsahibə alacaqlar!” O, çox xoşbəxt idi. Həmin andan media mühitinə daxil olduq və nəyinsə dəyişdiyini dərk etməyə başladıq. Görünür, bu, çox ciddi və uzunmüddətli bir şeydir”.

Həmin kateqoriyadan