- Baxış sayı: 66
- 08 Noyabr 2026 18:41
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

“Karolina Harrikeynz” qapıçısı Pyotr Koçetkovla müqaviləni uzadıb.
Allsport.az xəbər verir ki, yeni sözləşmə 2 il müddətinə nəzərdə tutulub.
Müqaviləyə əsasən, 27 yaşlı qapıçı mövsümə orta hesabla 3,95 milyon dollar qazanacaq.
Yeni anlaşma 2027-ci ildən qüvvəyə minəcək. Beləliklə, Koçetkov 2029-cu ilə qədər “Karolina”nın formasını geyinəcək.
Rusiyalı qapıçı ötən mövsüm “Karolina”nın heyətində 9 oyuna çıxıb. O, bu görüşlərdə zərbələrin 89,8 faizini dəf edib, etibarlılıq əmsalı isə 2,33 olub.