Afrikalı məşhur futbolçu vəfat etdi

Afrikalı məşhur futbolçu vəfat etdi

Kamerun millisinin sabiq futbolçusu Jan Manqa-Onqene vəfat edib.

Allsport.az xəbər verir ki, mərhum oyunçu 81 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Manqa-Onqene karyerası ərzində ölkəsində “Kanon Yaunde”də çıxış edib. O, 3 dəfə Afrika çempionlar liqasının qalibi olub.

Keçmiş hücumçu 1980-ci ildə Afrikada ilin futbolçusu seçilib.

Həmin kateqoriyadan