- Baxış sayı: 41
- 12 İyul 2026 20:09
- Baxış sayı: 132
- İyul 12, 2026
- 0

Azərbaycan alpinizm federasiyasının idarə heyəti Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində uğurlu çıxış edən milli üzvləri ilə görüş keçirib.
Apasport.az xəbər verir ki, görüşdə boulderinq növü üzrə gümüş medal qazanan Leyla Əhmədova, bürünc mükafata sahib çıxan Nazim Yusifzadə, turnirin final mərhələsinə yüksələn digər Azərbaycan idmançıları və komandanın məşqçisi Çingiz Tağızadə iştirak ediblər.
İdarə heyətinin üzvləri idmançıları beynəlxalq turnirdə qazandıqları uğurlar münasibətilə təbrik edib, onların nəticələrinin Azərbaycanda idman dırmanmasının inkişafına mühüm töhfə verdiyini bildiriblər. Görüş zamanı idmançıların hazırlıq prosesi, Tbilisidəki çıxışları və qarşıdakı yarışlarla bağlı planlar ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan “Mikheil Khergiani Cup 2026” turnirində iki kişi və iki qadın olmaqla dörd idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq finala vəsiqə qazanıb. Yarışın yekununda Leyla Əhmədova gümüş, Nazim Yusifzadə isə bürünc medala sahib çıxıb.