- Baxış sayı: 46
- 04 Noyabr 2026 10:53
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın futbolçusu Rafinya UEFA çempionlar liqasında yeni nailiyyətə imza atıb.
Allsport.az xəbər verir ki, 29 yaşlı hücumçu buna “Aston Villa”nı məğlub etdikləri (3:0) liqa mərhələsinin IV turunun oyununda nail olub.
Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 23-ə çatdırıb.
O, həmvətənləri Rivaldo (22) və Neymarı (21) geridə qoyub.
“Barselona” forması ilə UEFA çempionlar liqasında Rafinyadan daha çox qol vuran yalnız iki futbolçu var. Bunlar Luis Suares (25) və Lionel Messidir (120).