- Baxış sayı: 36
- 03 Noyabr 2026 23:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro vəzifəsindən ayrılmağı nəzərdən keçirir.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssisin bu qərarına Asiya kubokunun vaxtının dəyişdirilməsi səbəb ola bilər.
Əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılan turnir yaxın Şərqdəki vəziyyətə görə təxirə salınıb.
Yeni tarixlərə əsasən, yarış 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək təşkil olunacaq.
Kannavaro 2025-ci ilin oktyabrından Özbəkistan millisini çalışdırır.