Gədəbəydə veloyürüş

Gədəbəydə veloyürüş

Gədəbəy rayonunda 8 noyabr – zəfər gününə həsr olunmuş veloyürüş təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirdə Gədəbəy rayon uşaq-gənclər idman-şahmat məktəbinin əməkdaşları, şəhər və Söyüdlü kənd qruplarının idmançıları, eləcə də Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd zəfər gününün mahiyyətini gənc nəslə aşılamaq, onlarda vətənpərvərlik ruhunu yüksəltmək, həmçinin velosiped idmanını təbliğ etmək olub.

Həmin kateqoriyadan