AMADA-dan təlimçilərinə sertifikat

AMADA-dan təlimçilərinə sertifikat

Azərbaycan milli antidopinq agentliyi (AMADA) regionda ilk dəfə təşkil etdiyi “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikatların təqdimetmə mərasimi keçirib.

Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağızadə iştirakçıları təbrik edərək, onların gələcəkdə təmiz idman dəyərlərinin təşviqində və antidopinq biliklərinin yayılmasında mühüm rol oynayacaqlarına inandığını bildirib.

2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlara hazırlıq məqsədilə keçirilən proqramı uğurla başa vuran 24 iştirakçıya sertifikat təqdim olunub.

İştirakçılar proqramın faydalı olduğunu vurğulayaraq, əldə etdikləri bilik və bacarıqlardan antidopinq sahəsində maarifləndirmə işində istifadə edəcəklərini bildiriblər.

AMADA təlimlərin keyfiyyətini təmin etmək məqsədilə sertifikatlı təlimçilərin fəaliyyətini mütəmadi monitorinq edəcək və onların hazırlıq səviyyəsi hər il resertifikasiya mexanizmi ilə qiymətləndiriləcək.

Həmin kateqoriyadan