- Baxış sayı: 97
- 12 İyun 2026 15:59
- Baxış sayı: 128
- İyun 26, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, YUNESKO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasının tərəfdaşlığı ilə “Təmiz idman uğrunda” yığıncağı keçirilib.
“İdmanda dürüstlük, ədalətli oyun və dopinqlə mübarizə” şüarı ilə keçirilən forumun açılışında Tərəflər konfransının 10-cu sessiyasının (KOP-10) sədri – Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, YUNESKO-nun sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, İdmanda dopinqə qarşı beynəlxalq konvensiyanın icraçı katibi – Türkiyənin gənclər və idman nazirinin müavini (KOP-10 bürosunun məruzəçisi) Səfa Qoçoğlu Gursoy və Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.
Tədbirin əsas məqsədi təmiz idman prinsiplərinin təşviqi, ədalətli rəqabət mühitinin qorunması, idmançıların sağlamlığının və hüquqlarının müdafiəsi, eləcə də antidopinq sahəsində maarifləndirmənin gücləndirilməsidir. Bununla yanaşı, idman mühitində məsuliyyətli yanaşmanın formalaşdırılması və təmiz idman dəyərlərinin geniş şəkildə təbliği tədbirin əsas məqsədlərindəndir.