- Baxış sayı: 125
- 28 İyul 2026 12:10
- Baxış sayı: 124
- Avqust 05, 2026
- 0

Milli gimnastika arenasında güləş üzrə yeniyetmələrin dünya çempionatında Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təşəbbüsü ilə maarifləndirmə olub.
Allsport.az saytı xəbər verir ki, tədbir zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlar haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb.
Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.