- Baxış sayı: 85
- 06 Noyabr 2026 13:32
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

Gənc qızlardan ibarət Azərbaycan cüdo millisinin üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Allsport.az xəbər verir ki, seminarda təmiz və ədalətli idman prinsiplərinin əhəmiyyəti, dopinqin sağlamlığa və idman karyerasına mümkün təsirləri izah olunub.
İştirakçılar beynəlxalq yarışlarda tətbiq edilən antidopinq qaydaları, qadağan olunmuş maddələr və üsullar barədə məlumatlandırılıblar.
Dərman vasitələrinin tərkibində dopinq nəzarəti baxımından risk yarada biləcək komponentlərə də diqqət çəkilib. İdmançılara qəbul etdikləri dərman və preparatlarla bağlı diqqətli yanaşmanın vacibliyi izah edilib.
Bu məsələdə həkim, məşqçi və idmançı arasında düzgün və davamlı əlaqənin qurulmasının əhəmiyyəti vurğulanıb.