- Baxış sayı: 72
- 17 İyul 2026 21:22
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

Azərbaycan milli antidopinq agentliyi (AMADA) və Azərbaycan qış idman növləri federasiyası milli komandaların üzvləri üçün mövsümqabağı antidopinq mövzusunda onlayn maarifləndirici seminarlar təşkil edib.
Allsport.az xəbər verir ki, fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəkdə tramplindən tullanma növlərini əhatə edən vebinarlar Azərbaycan və ingilis dillərində keçirilib.
Seminarlarda iştirakçılara qadağan olunmuş maddələr siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, həmçinin 2027-ci ildən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunan vebinarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, mümkün qayda pozuntularının qarşısını almaq və təmiz, ədalətli rəqabət mühitini təşviq etmək olub.