- Baxış sayı: 82
- 26 İyul 2026 21:25
- Baxış sayı: 86
- İyul 26, 2026
- 0

CASPİA təhlil mərkəzinin direktoru Orxan Yolçuyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Allsport.az xəbər verir ki, tərəflər idman diplomatiyası istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edərək, birgə fəaliyyətin təmiz idman dəyərlərinin təşviqinə və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
AMADA-nın direktoru Təhminə Tağızadə səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, gələcək əməkdaşlıq perspektivlərinin ölkədə antidopinq sahəsinin inkişafına, təmiz idman mədəniyyətinin daha geniş təşviqinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacağını bildirib.