- Baxış sayı: 41
- 19 May 2026 15:58
- Baxış sayı: 63
- İyun 04, 2026
- 0

Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin birgə təşkilatçılığı ilə Parisdə “Stade Jean Bouin”də “Avropada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması: Ortaq məsuliyyət” mövzusunda beynəlxalq konfrans keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AMADA-nın icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın əsas məqsədi dopinq maddələrinin idmanda və idmandan kənar mühitdə, xüsusilə rekreativ idman, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə yayılmasının qarşısının alınması üzrə mövcud çağırışları və mümkün həll yollarını müzakirə etmək olub.