- Baxış sayı: 68
- 20 Oktyabr 2026 15:53
- Baxış sayı: 148
- Oktyabr 25, 2026
- 0

Azərbaycan milli antidopinq agentliyinin (AMADA) nümayəndələri milli antidopinq təşkilatları institutunun təşkilatçılığı ilə keçirilən “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusundakı beynəlxalq vebinarda iştirak ediblər.
Allsport.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə tədbirdə antidopinq təhsilində innovasiyalar, CLEAN konsepsiyası və süni intellektdən məsuliyyətli tətbiq imkanları barədə məruzə ilə çıxış edib. AMADA rəhbəri təhsil modelində qadağalar əvəzinə təmiz idman mədəniyyəti və kompleks elmi yanaşmanın vacibliyini vurğulayıb.
Rüfət Əfəndiyevin moderatorluq etdiyi beynəlxalq tədbirə ABŞ (USADA), Birləşmiş Krallıq (UKAD) və Koreya (KADA) kimi aparıcı qurumların mütəxəssisləri də qatılaraq təcrübə bölüşüblər.