“Bizim bu yerdə olmağımız çoxuna xoş deyil”

Bu gün “Sumqayıt” premyer liqanın 31-ci turunda səfərdə “Turan Tovuz”a 4:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu söylədi:

“Azarkeşlərə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Oyun öncəsi gərginlik vardı. Futbolçular nizamı itirə bilərdilər. Fərəhlidir ki, onlar mübarizədən qopmadılar.

Rəqibin necə oynayacağını bilirdik. Əks-həmlə ilə buna cavab verdik. Bizim bu yerdə olduğumuz çoxuna xoş deyil. Digər klublardan da təzyiq var. Sonda söz-söhbət olur və durum futboldan kənara çıxır”.

Həmin kateqoriyadan