“Mən bu döyüşü səbirsizliklə gözləyirəm”

Keçmiş UFC çempionu Aleksandr Volkanovski UFC 301 turnirinin əsas döyüşü ilə bağlı proqnoz verib.

Allsport.az xəbər verir ki, Rio-de-Janeyroda keçiriləcək turnirdə Aleksandr Pantoja və Stiv Erceq arasında çəki dərəcəsində titul uğrunda döyüş baş tutacaq.

“Mən bu döyüşü səbirsizliklə gözləyirəm – Erceq bütün dünyanı şoka salmaq üzrədir. Mən Stivi hərəkətdə görmüşəm, o, hazırdır. İnsanlar inanmaqda çətinlik çəkə bilər, amma Erceq bu həftə sonu imtahandan keçəcək. Düşünürəm ki, o, üçüncü raundda çempionu nokaut edəcək”.

Həmin kateqoriyadan