“Raquf Orucov kuboku”nda 13 komanda

Bakı idman sarayında cüdo üzrə komandalar arasında beynəlxalq V “Raquf Orucov kuboku” turniri keçirilib.

Allsport.az xəbər verir ki, 20 yaşadək cüdoçularından ibarət 13 komanda medallar uğrunda mübarizə aparıb.

Yarış 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərin xatirəsinə həsr edilib. Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və fərdi neytral idmançılar mübarizə aparıblar.

Həmin kateqoriyadan