- Baxış sayı: 6
- 03 Noyabr 2026 19:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İtaliya “B” seriyasının 36-cı turunun matçında “Parma” “Bari” ilə bərabərə qalıb (1:1).
Allsport.az xəbər verir ki, bu nəticə “Parma”ya 2024/25 mövsümündə “A” seriyasına qayıtmaq üçün erkən zəmanət verməyə imkan verdi.
“Parma” hazırda 36 turdan sonra 74 xalla “B” seriyasının cədvəlində 1-ci yerdədir. Klub özünü yüksək diviziona vəsiqə uğrunda pley-offda iştirakdan xilas edib.