Rublyovun rəqibi

Rusiyalı tennisçi Andrey Rublyovun Madriddə keçirilən “Masters” yarışının yarımfinalındakı rəqibi bilinib.

Allsport.az xəbər verir ki, bu, amerikalı Taylor Fritzdir.

1/4 final görüşündə dünyanın 13-cü raketkası Fritz argentinalı Fransisko Çerundoloya (ATP reytinqində 22-ci yer) 6:1, 3:6, 6:3 hesabı ilə qalib gəlib.

Digər yarımfinalda kanadalı Feliks Auger-Aliassime, Daniyel Medvedev (Rusiya) – Jiri Leqeçka (Çex Respublikası) matçının qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan