- Baxış sayı: 44
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 83
- Noyabr 09, 2026
- 0

Mini futbol üzrə Azərbaycan yığması Monteneqroda keçirilən beynəlxalq turnirin qalibi olub.
Allsport.az xəbər verir ki, millimiz finalda Rumıniya yığmasını məğlub edib.
Son dünya çempionu ilə görüşdə futbolçularımız 5:4 hesabı ilə qalib gəliblər.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.
Yığmamız Monteneqroda təlim-məşq toplanışını keçir.