Donçiçdən unikal göstərici

“Los-Anceles Leykers”in sloveniyalı oyunçusu Luka Donçiç NBA-nın 30 komandasının hamısına qarşı oyunlarda tripl-dabl edib. 

Allsport.az xəbər verir ki, bunu daha əvvəl yalnız onun komanda yoldaşı Lebron Ceyms (2019-cu ilin noyabrında) və Rassell Uestbruk (2020-ci ilin yanvarında) etməyi bacarıb.

Donçiç bu nailiyyətə “Dallas Maveriks”dən “Los-Anceles”ə keçidi sayəsində əldə edə bilib. O, “Dallas”la matçda 19 xal, 15 ribaund və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan