- Baxış sayı: 52
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 301
- Noyabr 09, 2026
- 0

16, 18 və 20 yaş qızlardan ibarət millilərimiz Minsk toplanışını başa vurublar. Allsport.az saytı xəbər verir ki, 26 may – 4 iyunu əhatə edən hazırlıqda komandalarımız Belarusun müxtəlif klubları və milli komandaları ilə bir sıra yoxlama oyunlarında güclərini sınayıblar.
Baş məşqçi Evrən Alqaya səfəri belə dəyərləndirib: “Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək”.