- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

NBA finalının 4-cü oyunu ABŞ-da baş tutub və “Niks” öz meydançasında “San Antonio”nu üstələyib. Allsport.az saytı xəbər verir ki, oyun inanılmaz geri dönüş və “Nyu York”un 107-106 hesablı qələbəsi (22-41, 27-35, 26-14, 32-16) ilə başa çatıb.
“Kniks” üçüncü hissədə 29 xal geridə olsa da, oyunu dəyişdirə və qələbəni qazana bilib: O Ci Anunobi, oyunun bitməsinə 1,2 saniyə qalmış mükəmməl bir götürmə ilə həlledici 2 xalı qazanıb.
“Spers” son hücumunu etmək və zərbə endirmək üçün minimal vaxtı var idi, lakin onlar dəqiq oynamayıblar.
“Niks” sıralamada 3-1 irəli keçib. 5-ci oyun 14 iyunda olacaq.